Rəcəbov mətbuat konfransında nəticənin ədalətli olduğunu bildirib: "Heç kim üstünlük qazanmadı. Fiqurları dəyişsək belə vəziyyət düzəlmədi. Belə güclü turnirdə adətən risk az olur. Bu mənada heç-heçə qaçılmaz oldu".

"Oyunda fərqli gedişlər görmədik. Bərabər mübarizə getdi". Matc.az saytının məlumatına görə, bunu Azərbaycan şahmatçısı Teymur Rəcəbov deyib.

Vüqar Həşimovun xatirəsinə həsr olunan "ShamkirChess2019" surerturnirində IV turun oyunları keçirilib. Hesabat turunda qrossmeysterimiz Hollandiya təmsilçisi Aniş Giriylə heç-heçə oynayıb. 

Rəcəbov mətbuat konfransında nəticənin ədalətli olduğunu bildirib: "Heç kim üstünlük qazanmadı. Fiqurları dəyişsək belə vəziyyət düzəlmədi. Belə güclü turnirdə adətən risk az olur. Bu mənada heç-heçə qaçılmaz oldu".

Hollandiya təmsilçisi Aniş Giri də həmkarının dediklərini dəstəkləyib. Onun fikrincə, ağlarla oynamasına baxmayaraq hücum qurmaqda çətinlik çəkib: "Əslində, belə oyunlarda qara fiqurların qarşısını kəsməyi bacarıram. Hücum qurmaqda isə çətinlik çəkdim. Teymur səhv etmədi. Artıq gedişlərimiz təkrar olunacaqdı. Ona görə heç-heçə normal nəticədir. Hər bir şahmatçı qələbə qazanmaq istəyir, sadəcə həmişə istədiyini əldə etmək olmur".

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest