İtaliya A seriyasının XXXI turunda "Yuventus"un qonağı olacaq "Milan" itkilərlə üzləşib. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, "rossonyerlər" həftəsonu baş tutacaq mərkəzi oyunda iki futbolçusunun xidmətindən məhrum qalacaq.

Bunlar qapıçı Canluici Donnarumma və yarımmüdafiəçi Lukas Paketadı. Hər iki oyunçu "Udineze" ilə dünən keçirilən qarşılaşmada zədələnib. Xüsusən də, qolkiperin bir neçə həftə komandadan ayrı qalacağı bildirilib. Həmçinin sağ cinah müdafiəçisi Andrea Konti məşq zamanı xəsarət alıb. Onun iştirakı isə sual altındadı.

Qeyd edək ki, "Yuventus" - "Milan" oyunu aprelin 6-da Turində keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest