Sorğunun nəticəsinə görə, "Zenit"in iranlı hücumçusu Sərdar Azmun 49.46 faizlə (20834 səs) ayın futbolçusu seçilib. MOİK-in futbolçuları Fyodor Çalovla Mario Fernandes müvafiq olaraq 2-ci və 4-cü yerləri tutublar. "Lokomotiv"li Anton Mirançuk 3-cü olub.

Rusiya Premyer Liqasında mart ayının ən yaxşı futbolçusu müəyyənləşib. Matc.az saytı xəbər verir ki, Premyer Liqanın "Vkontakte" sosial şəbəkədəki rəsmi səhifəsində azarkeşlər arasında sorğu aparılıb.

Sorğunun nəticəsinə görə, "Zenit"in iranlı hücumçusu Sərdar Azmun 49.46 faizlə (20834 səs) ayın futbolçusu seçilib. MOİK-in futbolçuları Fyodor çalovla Mario Fernandes müvafiq olaraq 2-ci və 4-cü yerləri tutublar. "Lokomotiv"li Anton Mirançuk 3-cü olub.

"Krılya Sovetov"un formasını geyinən Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev ayın ən yaxşı 5-cü oyunçusu seçilib. Martda "Lokomotiv", "Yenisey" və "Anji" ilə oyunların hər birində qol vurmağı bacaran yığmamızın üzvü 2.37 faiz (999 səs) toplayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest