Azərbaycan çempionatının aşağı yaş qrupu üzrə liqalarında növbəti qeyri-etik davranışlar aşkarlanıb. Matc.az saytı xəbər verir ki, AFFA İntizam Komitəsi (İK) bugünkü iclasında həmin hərəkətlərin hüquqi qiymətini verib.

U-16 Liqasının "Neftçi" PFK – "Gəncə" TİM görüşündə "Neftçi"nin baş məşqiçisi Mirbağır İsayev hakimlər briqadasını təhqir etdiyinə görə, texniki zonadan kənarlaşdırılıb. İsayev 5 oyunluq diskvalifikasiya olunub.

Coca-Cola – 13 Liqasının "Turan Tovuz" – "Gəncə" TİM matçında ikincilərin məşqiçisi İntiqam Səmədov eyni addıma əl atıb. O isə 3 oyun texniki zonada yer ala bilməyəcək.

Yeniyetmə futbolçular da məşqçilərdən geri qalmayıblar. Boulevard Hotel U-15 Liqasının "Neftçi" İK İB – "Xilə" qarşılaşmasında qonaqların oyunçusu Pərvin Hüseynov rəqibi təhqir etdiyi üçün 3 matçlıq cəzaya məruz qalıb. U-16 Qızlar Liqasının "Gənclik" (Şəki) – İOEUGİM (Bakı) görüşündə isə "Gənclik" komandasının üzvü Fəridə Abdulmənəfova rəqibi söyüşə "qonaq edib". Bu da onun 2 oyunluq cəzalandırılmasına səbəb olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest