"üç xal qazandığımıza və qalib gəlməyimizə görə çox şadam". Matc.az saytı xəbər verir ki, bunu "Səbail"in müdafiəçisi Şəhriyar Rəhimov deyib.

Topaz Premyer Liqasının XXII turunda "Zirə" ilə qarşılaşan paytaxt təmsilçisi məhz sol cinah oyunçusunun son dəqiqələrdə vurduğu qol sayəsində aktivinə 3 xal yazdırıb - 2:1. Klubun rəsmi saytına danışan görüşün qəhrəmanı sevincini gizlətməyib.

Milli üzvü həmçinin növbəti tur barədə fikirlərini də bölüşüb: "Həmişə son saniyəyə qədər mübarizə aparmaq lazımdı. İrəlidə "Sabah"a qarşı çətin oyunumuz var və tamamilə bu görüşün hazırlığına köklənmişik".

Qeyd edək ki, "Sabah" - "Səbail" oyunu aprelin 7-də keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest