Bu gün AFFA prezidenti Rövnəq Abdullayev üçün əlamətdar gündü. Matc.az saytının məlumatına görə, ölkə futbolunun rəhbəri 54-cü doğum gününü qeyd edir.

2004-cü ilin fevralında "Neftçi"nin prezidenti təyin olunan Abdullayevin başçılığı altında "ağ-qaralar" iki dəfə Azərbaycan çempionu (2004, 2005) olub, bir dəfə ölkə kubokunu (2004) qazanıb. 2005-ci ildən MDB və Baltikyanı ölkələrin çempionlarının "Birlik kuboku" turnirində yalnız finalda uduzaraq ikinci yeri tutan "Neftçi" həmin il Ermənistan çempionu "Pünik"i məğlub etməklə, futbol tariximiz üçün vacib qələbə qazanıb. Bundan başqa, "flaqman" 2006-cı ildə "Birlik kuboku"nu qazanıb.

Rövnəq Abdullayev 2008-ci ildən AFFA prezidenti vəzifəsini icra edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest