Portuqaliya kubokunda yarımfinal mərhələsinin cavab oyunlarına start verilib. Matc.az saytının məlumatına görə, artıq bir görüş keçirilib.

öz meydanında "Braqa"nı 3:0 hesabı ilə məğlub edən "Portu" səfərdə bərabərə qalaraq, adını finala yazdırıb. Bu komandanın həlledici qarşılaşmadakı rəqibi "Sportinq" - "Benfika" cütlüyünün qalibi olacaq. İlk oyunda "Benfika" öz meydanında 2:1 hesablı qələbə qazanıb. Bu gün isə cavab görüşü olacaq.

 

Portuqaliya kuboku

Yarımfinal, cavab oyunu

"Braqa" - "Portu" - 1:1

Paulinyo, 41 - Pereyra, 74

İlk oyun - 0:3

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest