Polşa 2036 Yay Olimpiya Oyunlarını təşkil etmək hüququ üçün müraciət edəcək .

Matc.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb. Komitənin rəhbəri Anjey Duda bununla bağlı açıqlama verib:

"Polşa Olimpiya Komitəsinin rəhbərliyi, idman və turizm naziri və onun əməkdaşları, hökumətlə apardığımız məsləhətləşmələrə əsaslanaraq bildirmək istəyirəm ki, bizim ambisiyamız və niyyətimiz bunun üçün mübarizəyə başlamaqdır. 2036-cı ildə ölkəmizdə Olimpiya Oyunları olacaq".

İlkin məlumatlara görə, 2023-cü il Oyunlarına ev sahibliyi etmək hüququ uğrunda İndoneziya, Meksika və Hindistan da mübarizə aparacaq. Yay Olimpiya Oyunlarının keçiriləcəyi yer adətən yarışın başlamasından yeddi il əvvəl seçilir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest