"Qarışıqlıq vaxtı oyunçuları sakitləşdirməyə çalışırdım".

Matc.az xəbər verir ki, bu sözləri Misli Premyer Liqasında "Qəbələ"ni məğlub edən "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib. çalışdırıcı oyuhndan sonra mətbuat konfrasında iştirak edib:

"Futbolçularımı təbrik edirəm. Vacib üç xal qazandıq. "Qəbələ"yə uğurlar arzu edirəm. Deyiləsi çox fikir yoxdur. Mənim gördüyüm odur ki, birinci zərbəni rəqib vurdu. Kevin də özünü saxlaya bilmədi və qarşılıq verdi. Bu aldığım ikinci qırmızı vərəqədir. "İnter"lə oyunda qırmızı vərəqə görmüşdüm. Onda da oyunçumuzu vurmuşdular.Qarışıqlıq vaxtı oyunçuları sakitləşdirməyə çalışırdım. Lakin kənardan mənim oyunçuma müdaxilə oldu. Mən də emosiyalarımı saxlaya bilmədim. Hakimlə söhbətimiz pis getmədi. Düzdür, emosiyalarımı saxlaya bilmədim. Dördüncü hakim yaxşı uşaqdır. özü də narahat idi ki, ikinci "sarı" verdirdi. Düşünürəm ki, dördüncü hakimlər oyuna çox müdaxilə edirlər. Hamısı bu cür davranışlara görə cəzalarını alırlar. Futbolçuları da başa düşmək lazımdır. Onların da xarakteri var, amma bu cür qırmızı vərəqəyə görə cəzalanırlar".
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest