Bir müddət "Qarabağ"da çıxış etmiş, UEFA Gənclər Liqasında ağdamlıların ilk qolunun müəllifi olmuş Yaroslav Deda vətənində müsahibə verib. Matc.az saytınn məlumatına görə, ukraynalı futbolçu Azərbaycanla və "Qarabağ"la bağlı təəssüratlarını da bölüşüb.

- UEFA Gənclər Liqasındakı ilk oyununda "Atletiko"ya qol vurmağı bacardın. Belə bir başlanğıcı özün də gözləyirdinmi?

- çox istəyirdim ki, qrupdakı ilk oyunda, "çelsi" ilə qarşılaşmada da meydana çıxım. Amma zədələndim və bu oyunu buraxdım. Sonradan çox ciddi hazırlaşdım və "Atletiko" ilə oyunda fərqlənə bildim. Hər nə qədər gənclər liqası olsa da, "Atletiko"ya qol vurmaq inanılmaz bir hissdir. Duyğularımı ifadə eləməyə söz tapmıram. Doğrudur, sonda hesab bizim üçün ürəkaçan olmadı, 1:5 hesabı ilə məğlub olduq.

- Komandanın Gənclər Liqasında vurduğu hər üç qol sənin hesabında idi və orda ulduz hesab olunurdun. Karyeranın bu hissəsini necə dəyərləndirirsən?

- Bu cür oyunlarda qol vurmaq mənim ən çox arzuladığım şeylərdən biri idi. özümü göstərmək və qabağa getmək istəyirdim. Məni tanımaqlarını və daha yaxşı klublarda çıxış etmək əsas məqsədim idi.

- Azərbaycan tamam fərqli mədəniyyətə və mentalitetə malik ölkədir. Ordakı həyatın, insanların münasibəti ilə bağlı nə deyə bilərsən?

- Orada, paytaxt Bakıda, klubun bazasında yaşayırdım. çox gözəl və maraqlı şəhərdi, insanları çox mehribandırlar. Vaxtımın çox hissəsini komanda ilə birlikdə keçirirdim. Filmə gedirdik, şəhərə çıxırdıq. Demək olar ki, bütün komanda yoldaşlarım rus dilində danışmağı bacarırdı, ünsiyyət problemim yox idi.

- Şərq mətbəxi ilə aran necə idi?

- Əvvəlcə yerli mətbəxə alışmaq çox çətin oldu. özünəməxsus yeməklər var. Sonradan alışdım və indi də düzünü demək lazımdısa, bəzən o yeməklər üçün darıxıram.

- Sənə Azərbaycan vətəndaşlığı təklif etmişdilərmi?

- 2017-ci ilin qışında belə bir təklif almışdım. Əvvəl hətta düşünməyə başladım. Valideynlərimlə məsləhətləşmək üçün vaxt istədim. Düzünü desəm, valideynlərim bu təklifi xoş qarşılamadılar, mən də istəmədim, çünki ukraynalıyam. Bu ölkənin yığma komandasında çıxış etmək istəyirəm.

- Səni orda gənclər, yoxsa əsas millidə oynatmaq istəyirdilər?

- Gənclər millisində.

- Gənclər arasında Azərbaycan çempionatını necə dəyərləndirirsən?

- çox zəifdi. Hətta Ukrayna gənclər liqasından da zəifdi.

- Orda çox oyun keçirdin?

- "Qarabağ"ın U-21-də 4 oyuna çıxdım. Əsasən, U-19 komandası ilə oynayırdım. çempionluq üçün mübarizə aparırdıq. 15 oyunda 23-24 qol vurmuşdum. Bəzən bir oyunda 2-3 dəfə fərqlənirdim. Hücumun mərkəzində, cinahlarda, harda tapşırsalar, orda oynayırdım.

- Bəs "Qarabağ"dan niyə ayrıldın?

- Orda oynamaq istəmədim, rəhbərlikdən xahiş elədim ki, müqaviləmi sonlandırsınlar. Onlar da bunu mövsümün sonunda edə biləcəklərini dedilər. 2018-ci ilin mayında vətənə qayıtdım.

- Qarşılıqlı razılıqla müqavilənizə xitam verildi?

- Xeyr, onunla bağlı razılığa gələ bilmədik, "Karpatı" transferimi aldı.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest