"Napoli"nin hücumçusu Viktor Osimhen A seriyasının 5-ci turunda "Bolonya" ilə oyunda (0:0) əvəzlənməyə reaksiyasına görə baş məşqçi Rudi Qarsiya və komanda yoldaşlarından üzr istəyib.

Matc.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb. Osimhen 86-cı dəqiqədə əvəzlənib və Qarsiyanın qərarından narazılığını nümayiş etdirib. Nigeriyalı futbolçu oyundan sonra paltardəyişmə otağında davranışına görə üzr istəyib, bu gün isə bazadakı məşqçi və komanda yoldaşlarından bir daha üzr istəyib. çox güman ki, "Napoli" 24 yaşlı forvardı cərimələməyəcək.

Qeyd edək ki, Osimhen dünənki matçın 73-cü dəqiqəsində penaltini qola çevirə bilməyib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest