Tailand çempionatında 5-ci turun oyunları keçirilir.

Matc.az xəbər verir ki, Ramil Şeydayevin formasını geyindiyi "Buriram Yunayted" növbəti görüşünə çıxıb. Komanda səfərdə "Polis Tero" ilə qarşılaşıb. Matç qonaqların qələbəsi ilə yekunlaşıb - 2:1. Şeydayev görüşə start heyətdə başlayıb və 82-ci dəqiqədə əvəzlənib. O, 58-ci dəqiqədə komandasının vurduğu 2-ci qolun ötürməsini verib.

Qeyd edək ki, "Buriram Yunayted" hazırda turnir cədvəlində 13 xalla 1-ci pillədə qərarlaşıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest