O, qolsuz bərabərliklə başa çatan qarşılaşmada meydana kapitan kimi çıxıb. 29 yaşlı oyunçu 2019-20 mövsümündən "kimyaçılar"ın formasını geyinməsinə baxmayaraq, hələ də qol vura bilməyib.
Misli Premyer Liqasında VII turun "Turan Tovuz"la oyunu "Sumqayıt"ın kapitanı Vüqar Mustafayev üçün əlamətdar olub. Matc.az xəbər verir ki, yarımmüdafiəçi ölkə çempionatları çərçivəsində "gənclik şəhəri" təmsilçisinin heyətində 100-cü görüşünü keçirib.
O, qolsuz bərabərliklə başa çatan qarşılaşmada meydana kapitan kimi çıxıb. 29 yaşlı oyunçu 2019-20 mövsümündən "kimyaçılar"ın formasını geyinməsinə baxmayaraq, hələ də qol vura bilməyib. Mustafayev "Sumqayıt" tarixində Premyer Liqada 100 və daha çox oyun keçirən 5-ci oyunçudu.
Qeyd edək ki, "Sumqayıt" 2011-12 mövsümündən Premyer Liqada çıxış edir.