2017-18 mövsümündən elitada mübarizə aparan "dənizçilər" tarixində ilk dəfə ardıcıl 4 qələbə qazanıb. Maraqlıdı ki, "Səbail" bu mövsümün ilk 7 turunda qol vurmağə bacaran yeganə kollektivdi. 2020-21 mövsümünün ilk 6 turunda qollar vuran qəsəbə təmsilçisi öz rekordunu yeniləyib.
Misli Premyer Liqasında VII turdan sonra turnir cədvəlinin 2-ci pilləsində qərarlaşan "Səbail" tarixi uğurlarla diqqət çəkib. Matc.az xəbər verir ki, komanda ardıcıl olaraq "Turan Tovuz"u 3:1, "Qarabağ"ı 2:1, "Kəpəz"i 3:0 hesabı ilə məğlub etdikdən sonra VII turda "Araz-Naxçıvan"a eyni aqibəti yaşadıb – 1:0.
2017-18 mövsümündən elitada mübarizə aparan "dənizçilər" tarixində ilk dəfə ardıcıl 4 qələbə qazanıb. Maraqlıdı ki, "Səbail" bu mövsümün ilk 7 turunda qol vurmağə bacaran yeganə kollektivdi. 2020-21 mövsümünün ilk 6 turunda qollar vuran qəsəbə təmsilçisi öz rekordunu yeniləyib.
"Səbail" ilk 7 turdakı xal və qol sayına görə də öz rekordunu yeniləyib. Şahin Diniyevin yetirmələri 12 qol vurub, 13 xal toplayıblar. Komanda 2018-19 və 2019-20 mövsümlərindəki ilk yeddi qarşılaşmada 10 xalla ən yaxşı nəticəyə imza atmışdı.