"Şerif"in hücumçusu Ziqi Badibanqa komandasını dəyişib. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, bir ilə yaxındı "Neftçi"nin maraq dairəsində olan belçikalı futbolçu karyerasını Qazaxıstanda davam etdirəcək.

26 yaşlı oyunçu "Ordabası" klubu ilə anlaşıb. "Anderlext"in yetirməsi yeni komandası ilə münasibətləri rəsmiləşdirib. O, bundan sonra "İnter"in sabiq baş məşqçisi Kaxaber Sxadadzenin rəhbərliyi altında çıxış edəcək.

Qeyd edək ki, 2017-ci ilin əvvəlindən "Şerif"də çıxış edən Badibanqa iki dəfə Moldova çempionu olub, çempionlar Liqası və Avropa Liqasında oynayıb. "Neftçi"nin baş məşqçisi Roberto Bordin "Neftçi"yə gəldiyi gündən forvardın xidmətində maraqlı olsa da, maliyyə məsələsində tərəflər ortaq məxrəcə gələ bilməyib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest