"Yuventus"un baş məşqçisi Massimiliano Alleqri A Seriyasının 5-ci turunun matçında "Sassuolo"ya məğlubiyyəti (2:4) şərh edib.
Matc.az xəbər verir ki, çalışdırıcı bu barədə yerli mətbuata açıqlama veib: "Bu, bizim ilk məğlubiyyətimizdir. Nəticə çıxarmalıyıq. Bu matçdan əvvəl fenomen deyildik və buna görə şok keçirmədik. Matçın əvvəlində, sadəcə, başımız buludlarda idi. Hər şey yaxşı idi. Lakin kifayət qədər sadə bir neçə məqamdan yararlana bilmədik. Bundan sonra rəqibin ilk zərbəsi qol oldu. Soyuqqanlılığımızı itirdik və bunun nəticəsin gördük. İndi bizi ruhdan salmaq olmaz. Qarşıda üç xal qazanmağa çalışmalı olduğumuz vacib matç var. Biz hələ də matç boyu konsentrasiyanı qoruya bilmirik. Mənə elə gəldi ki, top cərimə meydançasına daxil olanda bir az panikaya düşdük".