Avropanın bir çox ölkəsində olduğu kimi, İngiltərədə də VAR sistemindən istifadə ediləcək. Matc.az saytının yerli mətbuata istinadən məlumatına görə, bu sistem ilk olaraq İngiltərə Federasiya Kubokunun yarımfinal oyunlarında iş başında olacaq.

Hətta yerli futbol federasiyası maraqlı qərarla da yadda qalıb. Belə ki, oyunlar zamanı VAR-dan istifadədən sonra hakimin qərarı dəyişərsə, həmin epizod tribunalardakı azarkeşlərə böyük ekran vasitəsilə göstəriləcək. Aprelin 6-da və 7-də "Uembli" stadionunda keçiriləcək yarımfinal oyunlarında "Mançester Siti" "Brayton"la, "Uotford" isə "Vulverhempton"la qarşılaşacaq.

Qeyd edək ki, gələn mövsümdən İngiltərə Premyer Liqasında VAR-dan istifadə olunacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest