"Dinamo Zaqreb" 9-cu tur çərçivəsində səfərdə "Rudeş"in qonağı olacaq

Millimizin futbolçusunu Mahir Emrelinin klubu "Dinamo Zaqreb" Xorvatiya çempionatında növbəti turun oyununu keçirəcək. Matc.az xəbər verir ki, sözügedən komanda 9-cu tur çərçivəsində səfərdə "Rudeş"in qonağı olacaq. 
 
Qarşılaşma Bakı vaxtı ilə 21:15-də start götürəcək. 
 
Qeyd edək ki, 6 oyun keçirən "Dinamo" 13 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. "Rudeş" isə 8 matça cəmi 1 xalla sonuncu sıradadır. 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest