Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2019-cu ilin bombardirlərinin siyahısını açıqlayıb. Matc.az saytı xəbər verir ki, siyahıda beynəlxalq arenada ən çox qol vuran futbolçular yer alıb.

Qətər millisinin və "Əl-Duhail" klubunun oyunçusu Almoez Ali ilk pillədə qərarlaşıb. Yığmasının heyətində 9 qol vuran hücumçunu Yeni Zelandiya millisinin və "Vellinqton" klubunun üzvü Ross Allen izləyib. O isə qitə kuboklarında 8 dəfə fərqlənib. İlk "üçlüy"ü Sərdar Azmun qapayıb. Azmun İran millisində 4, klubu "Zenit"in heyətində isə 3 dəfə rəqibi mərkəzə dəvət edib.

Qeyd edək ki, İFFHS-in siyahısına ilin ilk üç ayı ərzində qitə miqyaslı klub turnirləri və yığma komandada ümumilikdə 4 və daha çox qol vuran futbolçular daxil edilib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest