"Mançester Yunayted"in müdafiəçisi Coni Evans çempionlar Liqasının qrup mərhələsinin 1-ci turunun matçında "Bavariya"ya məğlubiyyətdən (3:4) sonra klubun qapıçısı Andre Onana dəstək olub.
Matc.az xəbər verir ki, futbolçu bu barədə yerli mətbuata açıqlama verib: "Bu, böyük bir əməldir. Amma o bunu etməməli idi. İnanıram ki, hər hansı bir futbolçu üçün yeni klubda özünü dərhal sübut etmək çox çətin olacaq. Ola bilsin ki, özünə qarşı bir az sərtdir. Mən bunu tez-tez görmüşəm və hadisələrin mərkəzində özüm də olmuşam. Andre uzun müddət "Mançester Yunayted"in qapısını qoruyan David De Xeanı əvəzlədi".