Cud Bellingem və Vinisius Junior "Real Madrid"in məşqinə qoşulublar. Matc.az xəbər verir ki, bu barədə "Marca" məlumat yayıb.
Mədəsində problem yaranan Bellingem artıq sağalıb. Əzələsindən yırtıq olan Vinisiusun zədəsi isə bərpa olub.
Ancaq məşqçilər korpusu Junioru "Atletiko Madrid"lə oyuna buraxmağa ehtiyat edirlər.
Qeyd edək ki, Madrid klublarının dueli sabah keçiriləcək.