"çox ciddi rəqibə qarşı oynayacağıq. Fikrimiz həm oyunda, həm də cəbhə bölgəsində olacaq". Matc.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.
 
Təcrübəli mütəxəssis Avropa Liqasının qrup mərhələsinin I turunda "Molde" ilə keçiriləcək oyunöncəsi mətbuat konfransında çıxış edib.
 
51 yaşlı mütəxəssis fikrini bu sözlərlə davam etdirib: "Molde" son vaxtlar meydanda ən intizamlı oyun göstərən komandalardan biridir. Meydanda boşluq verməyi xoşlamır. Onları səhvə məcbur etmək üçün maksimum çalışmalıyıq. üç il əvvəlki "Molde" ilə indiki arasında mütləq fərq var. Futbolçuları indi daha inamlıdırlar. Əvvəl məqsədimiz qrupa düşmək idi, bunu bacardıq. Azarkeşlərimizin uğur tələb etməsi bizə həmişə motivasiya verib. Ancaq nə qədər istəkli olsaq da, bir o qədər soyuqqanlı davranmalıyıq. Sabah da bütün gücümüzü meydanda qoyacağıq. Azarkeşlərimizi sevindirmək üçün yaxşı nəticə əldə etmək istəyirik".
 
Baş məşqçi zədədən əziyyət çəkən Bəhlul Mustafazadənin durumunun hələ ürəkaçan olmadığını söyləyib: "Bəhlulun durumu ilə bağlı oyuna kimi bir məlumat verilməyəcək. Hələ ağrıları var. Dünəndən bu günə qədər fərq hiss olunur. Ancaq bugünkü durumu bizi qane etmir".
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest