Futbol üzrə Almaniya II Bundesliqasında XXVII turun oyunları keçirilib. Matc.az saytı xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Dmitri Nazarovun formasını geyindiyi "Aue" növbəti oyununa çıxıb.

Komanda doğma meydanda Drezden "Dinamo"su ilə qarşılaşıb. Görüş "Aue"nin 1:3 hesablı məğlubiyyəti ilə nəticələnib. Oyuna ehtiyatdan başlayan Nazarov isə yalnız 83-cü dəqiqədə meydana daxil olub.

Qeyd edək ki, "Aue" hazırda 32 xalla 13-cü pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest