"Çalışacam ki, komandama faydalı olum, əsas heyətdə özümə yer edim. "Araz-Naxçıvan" Premyer Liqaya bu mövsüm yüksəlsə də, yaxşı çıxış edir".

"Yeni komandaya gəldiyimə görə şadam. Yaxşı mövsüm keçirməyi arzulayıram". Matc.az xəbər verir ki, bunu "Araz-Naxçıvan"ın yeni transferi Aksel Nqando deyib.
 
Bu gün elita təmsilçisi ilə müqavilə imzalayan fransalı yarımmüdafiəçi klubun rəsmi saytına açıqlamasında keçidini dəyərləndirib. 30 yaşlı oyunçu Premyer Liqa klubuna xeyir vermək arzusunda olduğunu söyləyib: "Yeni müqavilə yeni ölkə, yeni çağırış və yeni təcrübə deməkdi. çalışacam ki, komandama faydalı olum, əsas heyətdə özümə yer edim. "Araz-Naxçıvan" Premyer Liqaya bu mövsüm yüksəlsə də, yaxşı çıxış edir".
 
O, Misli Premyer Liqasının VI turunda "Neftçi"ni 1:0 hesabı ilə məğlub etdikləri görüşə də toxunub: "Neftçi" ilə görüşü izlədim, qələbə münasibəti ilə futbolçularımızı təbrik etdim. ümid edirəm ki, bu komanda ilə çoxlu qələbələr, kubok və medallar qazanacağıq. Maraqlı bir kollektivimiz var".
 
Qeyd edək ki, Aksel Nqando "Araz-Naxçıvan"la 1 illik sazişə qol çəkib. Komanda hazırda 10 xalla 5-ci pillədə qərarlaşıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest