"çox vacib qələbə qazandıq. Böyükhesablı qələbə olsa, ilk hissə çətin keçdi". Matc.az saytı xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.

Topaz Premyer Liqasının XXII turunda "Sumqayıt"ın qonağı olan Ağdam təmsilçisi 6:0 hesablı qələbə qazanıb.

Qarşılaşmadan sonra çempionatın yayım hüququna malik olan "CBC Sport" telekanalına açıqlama verən Qurbanov qələbəni dəyərləndirib: "Sumqayıt", bəlkə də, məğlubiyyətə layiq deyildi. Xüsusən də, ilk hissədəki oyunla. Belə bol qol bəzən futbolçulara inam verir".

Baş məşqçi növbəti turda onları çətin Qəbələ səfəri gözlədiyini də sözlərinə əlavə edib: "Bizim hər bir oyunumuz çətin olur. ötən il "Qəbələ"ni 2:1 hesabı məğlub etsək də, çətinliklə üzləşmişdik. Bizi yenə çətin səfər gözləyir. Bugünkü hesab bizi aldatmamalıdı. Belə oyunlar il ərzində 1-2 dəfə olur. Qarşıdakı matçlara çox ciddi yanaşmalıyıq".

Qurbanov matçın ikinci hissəsində zədələnən və bir qədər sonra əvəzlənən Riçard Almeydanın durumuna da aydınlıq gətirib: "Məncə, Almeydanın zədəsi ciddi deyil. Ayaq əzələlərində yorğunluq hiss olunurdu. İstənilən halda sabahkı müayinədən sonra hər şeyə aydınlıq gələcək".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest