Oktyabrın 29-da Bakıda UEFA seminarı keçiriləcək. Matç.az saytı xəbər verir ki, tədbir Bakı Olimpiya Stadionunda baş tutacaq.

"Məktəblərdə futbol" (Football in Schools) mövzusunda keçiriləcək seminarda AFFA ilə yanaşı, Litva, Moldova, Uels və Kosovo futbol federasiyalarının nümayəndələri iştirak edəcək. UEFA-nın Kütləvi futbol üzrə məsləhətçiləri Mark Milton və Stuart Grieve, həmçinin Norveç Futbol Assosiasiyasının sabiq prezidenti, UEFA-nın fəxri üzvü, UEFA-nın Kütləvi futbol səfiri Per Ravn Omdal seminarın mövzusu ilə bağlı təcrübələrini bölüşəcəklər.

Seminar noyabrın 1-dək AFFA-nın təşkilatçılığı ilə keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest