Azərbaycan millisinin qapıçısı Emil Balayevin şərəfini qoruduğu "Tobol"da III turun ən yaxşı futbolçusu müəyyənləşib. "Şaxtyor"la görüşün qəhrəmanı məhz həmyerlimiz seçilib.

Azərbaycan millisinin qapıçısı Emil Balayevin şərəfini qoruduğu "Tobol"da Qazaxıstan çempionatının III turunun ən yaxşı futbolçusu müəyyənləşib. Matc.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, "Şaxtyor"la görüşün qəhrəmanı məhz həmyerlimiz seçilib.

İki dəfə komandasını yüz faizlik qoldan xilas edən qolkiper "Instat"ın təhlilinə əsasən hamını qabaqlayıb. Onun çıxışı 286 xalla qiymətləndirilib. Balayevi müvafiq olaraq Fernander Kassay (271) və Aleksandr Kleşenko (264) izləyib.

Xatırladaq ki, Karaqandidə keçirilən oyun "Tobol"un 1:0 hesablı qələbəsi ilə başa çatıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest