İngiltərə Premyer Liqasının XXXII turunda "Tottenhem"i qəbul edən "Liverpul" 2:1 hesablı qələbə qazanıb. Matc.az saytının məlumatına görə, "qırmızılar" "Enfild Roud"da uğurlu seriyasını davam etdirib.

Belə ki, komanda Premyer Liqada ardıcıl 37 oyundu evdə uduzmur. "Liverpul"u doğma arenasında sonuncu dəfə 2017-ci ilin yanvarında "Suonsi" məğlub edib. Yurgen Kloppun yetirmələri bununla "Mançester Siti"yə məxsus 2010-2012-ci illərdəki göstəricini təkrarlayıb.

Rekord isə "çelsi"yə məxsusdu. London klubu 2004-2008-ci illərdə "Stemford Bric"də ardıcıl 86 matçda yenilgi üzü görməyib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest