Nənəsinin dəfni üçün rəhbərlikdən icazə alaraq vətəni Braziliyaya yollanan 21 yaşlı yarımmüdafiəçinin düşərgəyə gec dönməsi ona baha başa gəlib. Baş məşqçi Joze Peseyro orta sahə oyunçusunu əsas komandadan uzaqlaşdırıb.

Avropa Liqasında "Qarabağ"la eyni qrupda yer alan "Sportinq"də xoşagəlməz hadisə yaşanıb. Matç.az saytının Portuqaliya mətbuatına istinadən məlumatına görə, Lissabon təmsilçisinin futbolçusu Vendel əsas komandadan qovulub.

Buna səbəb gənc oyunçunun deyilən gün Portuqaliyaya qayıtmaması və məşqlərə qoşulmamasıdı. Belə ki, nənəsinin dəfni üçün rəhbərlikdən icazə alaraq vətəni Braziliyaya yollanan 21 yaşlı yarımmüdafiəçinin düşərgəyə gec dönməsi ona baha başa gəlib. Baş məşqçi Joze Peseyro orta sahə oyunçusunu əsas komandadan uzaqlaşdırıb. Vendel əsas heyətə layiq olduğunu sübut edənə qədər "Sportinq"in U-23 komandasında məşq edəcək.

"Sambaçı" özü də yanvarda "Fluminense"dən keçdiyi yeni komandasında nadir hallarda meydana çıxmasından narazıdı. Dövrələrarası fasilədə rəhbərlik onun gələcəyini yenidən müzakirə edəcək.

Qeyd edək ki, "Sportinq" Avropa Liqasının qrup mərhələsində "Qarabağ"la keçirdiyi ilk görüşdə 2:0 hesablı qələbə qazanıb. Bu komandalar arasındakı növbəti qarşılaşma noyabrın 29-da Bakıda baş tutacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest