"Qarabağ"ın müdafiəçisi Yakub Jezniçak ölkəsinə yollanıb. Matc.az saytının məlumatına görə, bu barədə polşalı futbolçu özü tviter səhifəsində paylaşım edib.

Məsələ ilə bağlı saytımıza açıqlama verən ağdamlıların mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov oyunçunun vətəninə qayıtmasını belə izah edib: "Kuba hazırda zədəlidir və qarşıdakı vaxtlarda komandamıza kömək edə bilməyəcək. Ona görə də müalicə alması üçün vətəninə yollanmasına rəhbərlik tərəfindən icazə verildi".

Müdafiəçinin tviter paylaşımı isə diqqətçəkən olub. Keçmiş klubu "Legiya" haqqında yazan Jezniçak bu klubdan ayrılmasına görə çox məyus olduğunu, hətta göz yaşlarını gizlədə bilmədiyini etiraf edib. Bu isə mövsümün sonunda "Qarabağ"la müqaviləsi başa çatacaq oyunçunun yenidən keçmiş klubuna qaytımaq istəməsinə işarə ola bilər.

Qeyd edək ki, bir müddət əvvəl ölkəsinin mətbuatına müsahibə verən Yakub Jezniçak bu variantı da istisna etməmişdi.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest