Fransa Liqa Kubokunun qalibi müəyyənləşib. Matc.az saytının məlumatına görə, "Strasburq"la "Genqam" finalda üz-üzə gəlib.

"Genqam" final yolunda PSJ və "Monako"nu mübarizədən kənarlaşdırmışdısa, "Strasburq" son iki mərhələdə "Lion"la "Bordo"nu üstələmişdi.

Lill şəhərində yerləşən "Pyer Morua" stadionunda baş tutan final qarşılaşmasında 120 dəqiqə qapılara qol vurulmayıb. Penaltilər zərbəsində daha dəqiq olan "Strasburq" kuboku qazanıb.

 

Fransa Liqa Kuboku

Final

"Strasburq" - "Genqam" - 0:0

Penaltilərlə - 4:1

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest