"Bizim kimi, "Qarabağ"ın da çempionluq şansı var. Hazırda biz birinci pillədəyik və son tura qədər burda qalmaq istəyirik. Çempion olmaq üçün mümkün olan hər şeyi edəcəyik. "Neftçi" çoxdandı çempion ola bilmir. Hamımız buna köklənmişik.

"Ağır oyun keçdi. Həm rəqibə, həm də meydançaya qarşı oynadıq. Hava şəraiti də əlverişli deyildi. Meydança ilə yanaşı, külək hər iki komandaya problem yaratdı. Belə havada yaradıcı futbol oynamaq mümkün deyil. Amma biz baş məşqçinin tapşırıqlarını yerinə yetirməyə çalışdıq. Sonda 3 xal qazandığımız üçün şadıq".

Matc.az saytının məlumatına görə, bu sözləri "Neftçi"nin müdafiəçisi Kiril Petrov Topaz Premyer Liqasının XXII turunda "Keşlə" ilə səfər oyununu dəyərləndirərkən deyib.

çempionluq şanslarına toxunan Petrov həmçinin iki gün sonra "Sumqayıt"ın əsas rəqibləri "Qarabağ"dan xal alacağına ümid etdiyini vurğulayıb: "Bizim kimi, "Qarabağ"ın da çempionluq şansı var. Hazırda biz birinci pillədəyik və son tura qədər burda qalmaq istəyirik. çempion olmaq üçün mümkün olan hər şeyi edəcəyik. "Neftçi" çoxdandı çempion ola bilmir. Hamımız buna köklənmişik. O ki qaldı "Qarabağ"ın "Sumqayıt"la keçirəcəyi oyuna, bütün komandalar bir-birilərindən xal ala bilər. ümid edirik ki, "Sumqayıt" "Qarabağ"ı büdrədib, bizə kömək edəcək. Amma bu, idmandı, kim güclüdüsə, o da qalib gəlsin".

Qeyd edək ki, "Neftçi" "Keşlə"ni Emin Mahmudovun penaltidən vurduğu yeganə qol sayəsində məğlub edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest