Kazan təmsilçisinə bir mövsümlük cəza tətbiq olunacaq. Bu cəza komanda avrokuboklara vəsiqə qazandığı halda tətbiq olunmuş sayılacaq.

Rusiyanın "Rubin" klubu avrokuboklarda iştirak hüququndan məhrum olunub. Matç.az saytı xəbər verir ki, bu qərarı UEFA-nın Arbitraj Palatası verib.

Kazan təmsilçisinə bir mövsümlük cəza tətbiq olunacaq. Bu cəza komanda avrokuboklara vəsiqə qazandığı halda tətbiq olunmuş sayılacaq. Cəzanın tətbiqi isə iki mövsümlükdü.

Yəni bu iki mövsümdə komanda avrokuboklara vəsiqə qazana bilməsə, növbəti ildən yarışlarda iştirak edə bilər. Elə ilk mövsümdə vəsiqə qazanılsa, 2-ci il "Rubin"in qitə səhnəsinə çıxması mümkündü.

Bu qərar Kazan təmsilçisinəin fəaliyyətinə maliyyə nəzarətindən sonra verilib. Lakin Rusiya klubu İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət etmək hüququna malikdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest