"Qəbələ" Futbol Akademiyasının komandaları növbəti oyunlarını keçiriblər. Matc.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Gənclər Liqasında mübarizə aparan U-19 mövsümdə ilk məğlubiyyətini alıb.
Artıq çempionluğu təmin edən "qırmızı-qaralar" səfərdə "Neftçi"yə uduzub – 0:1. Komanda 23 oyundan sonra 60 xala malikdi. öz meydanında "Zaqatala"nı qəbul edən U-15 dörd cavabsız qolla qələbə qazanıb. 21 matçda 57 xal toplayan komanda yarışın lideridi.
U-12 Liqasının Şimal-Qərb və Qarabağ regionunda pley-off oyunları keçirilib. Qəbələ UGİM-i Zaqatalanın UGİM-i ilə heç-heçə edib – 2:2. "Qəbələ" isə zaqatalalıları 6:0 hesabı ilə məğlubiyyətə uğradıb.
U-11 Liqasının pley-off mərhələsində "qırmızı-qaralar" "Daşqın"dan güclü olub – 5:2. U-10 Liqasında keçirilən pley-offda UGİM "Daşqın"a 0:7 hesabı ilə uduzsa da, "Qəbələ" eyni rəqibi 6:1 hesabı ilə üstələyib.