Ole-Qunnar Sulşerin "Mançester Yunayted"in baş məşqçisi postunda təsdiqlənməsi onun sabiq klubu "Mölde"ni də sevindirib. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, norveçli mütəxəssisin "qırmızı şeytanlar"la 3 illik müqavilə imzalaması "Mölde"yə təzminat qazandıracaq.

Sözləşməyə əsasən, MY Norveç klubuna 1 milyon funt-sterlinq təzminat ödəyəcək. Bu məbləğin bir hissəsi artıq ötən ilin dekabrında - Sulşer bu posta təyin olunanda ödənilmişdi.

Qeyd edək ki, "Mançester Yunayted" bu mövsüm Sulşerin rəhbərliyi altında keçirdiyi 19 oyunun 14-də qələbə qazanıb, 2-də heç-heçə edib, 3-də isə məğlub olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest