"Ayaks"ın qapıçısı Andre Onana klubla müqavilə müddətini uzadıb. Matc.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

22 yaşlı qolkiperlə müddəti 2022-ci ilə qədər olan yeni sözləşmə imzalanıb. Razılığa əsasən, qolkiperin sözləşməsi 2030-cu ilə qədər uzadıla bilər.

Onana ilə "Barselona", "Tottenhem" kimi klublar yaxından maraqlanırdı. İspaniya mətbuatı kamerunlu qolkiperin mövsümün sonunda "Barselona"ya keçəcəyini iddia edirdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest