PSJ-nin baş məşqçisi Tomas Tuxelin taleyinə aydınlıq gəlib. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, rəhbərlik almaniyalı mütəxəssislə müqavilə müddətini yeniləyib.

46 yaşlı çalışdırıcı 2020-nin yayına qədər olan sözləşməsini daha 1 il uzadıb.

Həmçinin komandanın qapıçısı Canluici Buffonla da yeni anlaşma razılaşdırılıb. 41 yaşlı qolkiper parislilərlə yeni 1 illik anlaşma bağlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest