Avropa Liqasının final oyunu ilə əlaqədar martın 27-də və 28-də UEFA tərəfdaşlarının Bakıya ikinci işgüzar səfəri təşkil olunub. Matc.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, assosiasiyanın baş katibi Elxan Məmmədovla tərəfdaşların səfəri çərçivəsində paytaxtımıza təşrif buyuran UEFA Avropa Liqasının layihə meneceri Andreas Şar arasında görüş keçirilib.

Görüşdə UAL Final Bakı-2019-un təşkilati işləri ilə bağlı ətraflı müzakirələr aparılıb.

Qeyd edək ki, Avropa Liqasının final görüşü mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest