Aprelin 6-da Gürcüstanın Batumi şəhərində ağırlıqqaldırma üzrə Avropa çempionatına start veriləcək. Matc.az xəbər verir ki, 1 həftə davam edəcək yarışda Azərbaycan millisi də təmsil olunacaq. Komandamız qonşu ölkəyə 12 idmançı ilə yollanacaq. 

Belə ki, məşqçilər korpusu çempionatda Mərziyyə Məhərrəmova (49 kq), Səbinə Əzimova (55 kq), Boyanka Kostova (59 kq), Məhəmməd Məmmədli, Rüstəm Qasımov (hər ikisi 67 kq), Paşa İbrahimli, Kənan Xəlilov (hər ikisi 73 kq), Kənan Əliquliyev, Fuqan Əliyev (hər ikisi 81 kq), Nailxan Nəbiyev, Kamran İsmayılov (hər ikisi 96 kq) və Əliş Nəzərova (102 kq) şans verəcək. 

Qeyd edək ki, yarışda 42 ölkədən 214 kişi, 187 qadın ağırlıqqaldıranın mübarizə aparacağı gözlənilir. 

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest