"Azərbaycan və Macarıstanla oyunlarda Xorvatiya yığması zəif çıxış etdi. Bilirsiniz, qalib gələndə ən güclü, məğlub olanda isə ən zəif sayılırsınız. İndiki vəziyyət buna bənzəyir. Macarıstana ona görə uduzduq ki, rəqibdən 3 xalı asanlıqla qazanacağımızı düşünürdük".

"Son bir neçə gündə Yurçeviçlə danışmaq imkanım olmayıb. çünki hər ikimiz eyni vaxtda öz komandamızın "sükanı arxası"nda idik". Matc.az xəbər verir ki, bunu 24sata.hr saytına açıqlamasında Bosniya və Herseqovina yığmasının baş məşqçisi Robert Prosineçki deyib.

Azərbaycan millisinin sabiq çalışdırıcısı Xorvatiyanın AVRO-2020-nin seçmə mərhələsindəki oyunlarına münasibət bildirib. Prosineçki doğma komandasının Azərbaycan və Macarıstanla qarşılaşmaları zəif keçirdiyini söyləyib.

Xorvatiyalı mütəxəssis bunu arxayınlıqla əlaqələndirib: "Azərbaycan və Macarıstanla oyunlarda Xorvatiya yığması zəif çıxış etdi. Bilirsiniz, qalib gələndə ən güclü, məğlub olanda isə ən zəif sayılırsınız. İndiki vəziyyət buna bənzəyir. Macarıstana ona görə uduzduq ki, rəqibdən 3 xalı asanlıqla qazanacağımızı düşünürdük. Macarlar təkcə aqressivliyi ilə yox, keyfiyyəti ilə də təəcübləndirdi. Deməli, istənilən matçda maksimum dərəcədə ciddi olmalısan. Əlbəttə ki, dünya çempionatının ikincisinə qarşı digər komandaların marağı daha böyük olur. Rusiyada baş verənlər əla idi. Ancaq başa düşmək lazımdı ki, onlar geridə qaldı və artıq yeni turnir, fərqli rəqiblər var".

Qeyd edək ki, Zaqrebdə millimizə 2:1 hesabı ilə qalib gələn xorvatlar Budapeştdə Macarıstana eyni hesabla məğlub olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest