"Atletiko"nun hücumçusu Antuan Qrizmann "Barselona"ya keçmək istəyir. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, futbolçu bununla bağlı Kataloniya klubuna müraciət edib.

ötən yayda "Barselona"nın 16 milyon avroluq maaş təklifini qəbul etməyən Fransa millisinin üzvünün Madrid təmsilçisində məvacibi 23 milyon avrodu. Qrizmann hətta kataloniyalıların əvvəlki təklifini qəbul etməyə belə razıdı.

Qeyd edək ki, 2014-cü ildə "Real Sosyedad"dan 30 milyon avroya keçən Antuan Qrizmannın "Atletiko" ilə müqavilə müddəti 2023-cü ilin yayına qədərdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest