Azərbaycan millisinin AVRO-2020-nin seçmə mərhələsindəki rəqiblərindən Xorvatiya yığmasının daha bir futbolçusu zədələnib. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, müdafiəçi Borna Barişiç sıradan çıxıb.

Zaqrebdəki ilk görüşdə millimizin qapısına yol tapan sol cinah müdafiəçisi Macarıstanla Budapeştdəki qarşılaşmanın birinci hissəsində zədələnərək əvəzlənib. Klubu "Reyncers"ə zədəli qayıdan 27 yaşlı futbolçunun durumu qeyri-müəyyənliyini qoruyur. Onun martın 31-də Şotlandiya Premyer Liqasında "Seltik"lə derbidə iştirak şansı çox az qiymətləndirilir.

Qeyd edək ki, millimizə 2:1 hesabı ilə qalib gələn xorvatlar Macarıstana eyni hesabla məğlub olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest