Kriştianu Ronaldonun sevgilisi Georgina Rodriges İspaniyada qalmaqala səbəb olub. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, 25 yaşlı modelin Madriddəki zoologiya parkında çəkdirdiyi şəkil birmənalı qarşılanmayıb.

Artıq Ronaldo qədər məşhur olan Georgina övladları ilə birlikdə zoologiya parkında olub. Ancaq o, sosial şəbəkədə Torinonu işarə edib. İspaniya KİV-i isə "zoopark"ın Madriddə yerləşdiyini yazıb.

Bir şəkildə Georginanın qadağan edilmiş əraziyə daxil olaraq zebra və zürafələrin saxlanıldığı sahəyə keçdiyi görülüb. Dərhal İspaniya və İtaliyada ona kimin icazə verməsi ilə bağlı araşdırmalar başlayıb. Verilişlərin birində modelin selfi çəkmək üçün bu addımı atdığı vurğulanıb.

Daha sonra Georgina bu məsələni şişirtdiyi üçün Madrid Zoologiya Parkının rəsmilərini qınayıb və bir daha həmin məkana getməyəcəyini yazıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest