PSJ Kilian Mbappeni "Real"a satmaq istəmir. Parislilər gənc superulduzu komandada saxlamağa çalışır. Bunun üçün fransızlar milli üzvünə astrononmik məbləğdə maaş ödəməyə hazırdı. Belə ki, PSJ Mbappeyə illik 40 milyon avro məvacib təklif edib.

PSJ Kilian Mbappeni "Real"a satmaq istəmir. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, parislilər gənc superulduzu komandada saxlamağa çalışır.

Bunun üçün fransızlar milli üzvünə astrononmik məbləğdə maaş ödəməyə hazırdı. Belə ki, PSJ Mbappeyə illik 40 milyon avro məvacib təklif edib. Bu məbləği isə hazırda yalnız "Barselona"nın kapitanı Lionel Messi qazanır. Mbappe razılıq versə, o da Messi ilə birlikdə dünyanın ən yüksək ödənişli oyunçusu olacaq.

PSJ həmçinin digər hücumçusu Neymara da yeni müqavilə təklif edib. Rəhbərlik onun da maaşını artırmaq niyyətindədi.

Qeyd edək ki, "Real" mövsümün sonunda həm Neymar, həm də Mbappeni transfer etmək fikrindədi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest