Sabah futzal üzrə Yüksək Liqada XXIII turun oyunları keçiriləcək. Matc.az-ın Azərbaycan Futzal Federasiyasının rəsmi saytına istinadən məlumatına görə, iki oyunçu qarşıdakı turu buraxmalı olacaq.

Bunlar EKOL-un bombardiri Namiq Məmmədkərimov və "Neftçi" İK-nın üzvü Rüfət Balakişiyevdi. Hər iki oyunçu sarı vərəqə limitini doldurduğu üçün komandasına kömək edə bilməyəcək.

Bundan başqa, 6 futzalçı cəza limitinə yaxınlaşıb. Belə ki, Məhəmməd Eyniyev ("Yasamal" İSK), Tural Lətifov ("Yasamal" MFK), Hamid Reza, Ali Abdollahi (hər ikisi "Neftçi" İK), Omid Nabat ("Xəzər Cənub") və İsa Atayev ("Araz") daha bir sarı vərəqə alarsa, cəzalı duruma düşəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest