Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev klubu "Krılya Sovetov"un düşərgəsinə qoşulub. Matc.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, gənc forvard ilk məşqinə çıxıb.

Onunla yanaşı, Gürcüstan millisinə çağırılan Cano Ananidze də Samara klubuna qayıdıb. İkitərəfli oyun zamanı yığmamızın üzvü növbəti dəfə fərqlənib. Belə ki, məşq xarakterli oyunda Ramil 1, Azərbaycan əsilli yarımmüdafiəçi Aleksandr Səmədov isə 2 qol vurub.

Qeyd edək ki, "Krılya Sovetov" Premyer Liqanın XXI turu çərçivəsində sabah "Arsenal"ı qəbul edəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest