Mövsümöncəsi Beynəlxalq çempionlar Kubokunun təqvimi müəyyənləşib. Matc.az saytının məlumatına görə, iyulun 16-dan avqustun 10-a qədər davam edəcək turnirin matçları Avropa, ABŞ və Asiyada keçiriləcək.

Maraqlıdır ki, turnirin tarixində ilk dəfə "Real"la "Atletiko" arasındakı Madrid derbisi Avropadan kənarda keçiriləcək.

Qarşılaşma iyulun 26-da İst-Raterfordda "Metlayf Stadium"da oynanılacaq.

Qeyd edək ki, turnir iylun 16-da ABŞ-da "Roma" – "Qvaldalxara" görüşü ilə başlayıb, avqustun 10-da İsveçdə "Atletiko" – "Yuventus" matçı ilə yekunlaşacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest