Türkiyə və Azərbaycan məktəbləri arasında maraqlı tədbir keçirilib. Matc.az saytı xəbər verir ki, Ankara Mamak Ali Kuşçu ilkokulunun 2D sinfində oxuyan məktəbləlilər "Qarabağ" klubunun adına coşğu yaradıblar.

Məktəbdən verilən açıqlama bu cürdü: "Şagirdlərimizə Bakıdakı dostluq sinfi olan 47 saylı tam orta məktəbin 2C sinfinin valideynləri cox qiymətli hədiyyə göndərmişdilər. Türkiyədə futbol sevdasının necə olduğunu izah etməyə gərək yoxdu, hər kəsə bəllidi. Azərbaycanın milli qüruru olan "Qarabağ" futbol klubunun atqıları sinifdə əsl futbol coşğusu yaratdı. "Qarabağ"ın himni bu coşğunu daha da gücləndirdi. Coşğunun təsirindən bir də gördük ki, şagirdlər "Bir millət-iki dövlət, hər ikisi cümhuriyyət" sözləri üstündə bədahətən rep söyləməyə başladılar.

7 saylı tam orta məktəbin müəlliməsi Aişə xanıma, şagirdlərinə və onların valideynlərinə göndərdikləri hədiyyələr üçün təşəkkür edirik!".

Qeyd edək ki, bir müddətdi Bakı şəhəri Nərimanov rayonu 47 saylı tam orta məktəbdə Aişə Rüstəmzadənin sinif rəhbəri olduğu 2C sinfinin şagirdləri ilə Ankara Mamak Ali Kuşçu ilkokulunun 2D sinif şagirdləri arasında "məktub dostluğu layihəsi" gerçəkləşdirilir. Layihə 2018-ci ilin dekabrından başlayıb. Bu layihə çərçivəısində iki ölkənin adları çəkilən məktəb siniflərinin şagirdləri məktublaşırlar. Uşaqların, onların valideynlərinin və müəllimlərinin razılığı ilə atılan bu ilk addım məktəblilərin qarşılıqlı olaraq qardaş ölkə haqqında məlumatlarını artırır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest