19 yaşadək futzalçılar arasında təşkil edilən Avropa çempionatının əsas mərhələsində keçiriləcək Azərbaycan - Hollandiya görüşünün hakimləri müəyyənləşib. Matc.az xəbər verir ki, martın 28-də baş tutacaq qarşılaşmada 3 fərqli ölkənin nümayəndəsi iş başında olacaq.

Belə ki, Sloveniyanın Podçetrtek İdman Sarayında keçiriləcək oyunu polşalı Damian Yaruçevis, isveçrəli Marko Rotenfluh və rusiyalı Yuri Neverov idarə edəcəklər.

Qeyd edək ki, Yaruçevis və Rotenfluh U-19 yığmamızın bu gün Kiprlə keçiriləcək ilk oyununda da iş başında olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest