UEFA-nın Çempionlar Liqasının (ÇL) formatını dəyişmək istəməsi böyük futbol ölkələrinin narazılığına səbəb olub. İspaniyadan sonra Almaniya Futbol Assosiasiyası da qitə futbol qurumunun fikrini dəstəkləmir.

UEFA-nın çempionlar Liqasının (çL) formatını dəyişmək istəməsi böyük futbol ölkələrinin narazılığına səbəb olub. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, İspaniyadan sonra Almaniya Futbol Assosiasiyası da qitə futbol qurumunun fikrini dəstəkləmir.

Bundesliqanın vitse-prezidenti Peters formatda edilməsi nəzərdə tutulan dəyişikliklərdən narazılığını dilə gətirib: "Bundesliqaya zərər vuracaq formatda çıxış etməli olacağıq. Buna qarşı özümüzü müdafiə etməliyik". Ona qədər isə La Liqanın rəhbəri Xavyer Tebas çL-lə bağlı mümkün dəyişikliyə qarşı olduqlarını söyləmişdi.

Qeyd edək ki, UEFA-nın planlaşdırdığı yeni format ölkə çempionatlarının təqviminə də təsir edəcək. çünki qurum turnirə aşağı liqaya düşmək şərtini gətirməyi və oyunları həftəsonuna çəkməyi düşünür.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest